Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:36

«Azadlıq» qəzeti 20 min manat cərimələndi


Aprelin 18-də Yasamal Rayon Məhkəməsi Müdafiə Nazirliyinin iddiasına əsasən, «Azadlıq» qəzetinin 20 min manat cərimə olunması barədə qərar çıxarıb. Qəzetin baş redaktoru Qənimət Zahidin «Azadlıq» radiosuna verdiyi məlumata görə, buna qəzetin 14 fevral 2007-ci il tarixli sayında «Müdafiə Nazirliyində ucuz ət müəmması» sərlövhəli yazı səbəb olub. Onun dediyinə görə, həmin yazıda Müdafiə Nazirliyinin Ukraynadan ucuz qiymətə və mənşəyi məlum olmayan ət alması haqqında məlumatlar yer alıb.


Cənab Zahid deyir ki, elə həmin yazının sonunda Müdafiə Nazirliyinin bu məlumatı təkzib edən mövqeyi yer alıb. Bundan başqa, yazı dərc ediləndən bir gün sonra Ukraynadan Azərbaycana ət gətirən şirkətdən də qəzetə verilən təkzib məktubu dərc edilib.


Bu baxımdan da baş redaktor məhkəmənin çıxardığı qərarla razı deyil. Qənimət Zahid deyir ki, onlar qərardan apellyasiya şikayəti verəcəklər.


Günün bütün mövzuları

XS
SM
MD
LG