Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:50

«Xəzər-Lənkəran» heç-heçə etdi, «Neftçi» isə liderliyə yüksəldi


Aprelin 18-də futbol üzrə ölkə çempionatında 22-ci turun dord oyunu keçirilib. Turun mərkəzi qarşılaşmasında «İnter» «Xəzər-Lənkəran»ı qəbul edib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Qalan oyunlar belə nəticələnib: «Karvan»–«Neftçi» 0:1, «Qarabağ»-«Turan» 1:1, «Gilan»-«Bakı» 0:1.


Bu nəticələrdən sonra çempionatın sonuna 6 tur qalmış «Neftçi» yenə liderliyi ələ keçirib. Bakılılar 39 xalla turnir cədvəlinə başçılıq edir. «Xəzər-Lənkəran» 38 xalla 2-ci, «MKT-Araz» isə 37 xalla 3-cü yerdə qərarlaşıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG