Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:25

Müsavatın Gəncə şəhər təşkilatının qərargahı boşaldılıb


Aprelin 17-də gecə saatlarında Müsavat partiyasının Gəncə şəhər təşkilatının qərargahı boşaldılıb. Təşkilat üzvü Vaqif Sadıqov bildirib ki, qərargahın yerləşdiyi Firdovsi-33A ünvanındakı mənzildən bütün avadanlıqlar əvvəlcədən xəbərdarlıq edilmədə çıxarılıb.


Vaqif Sadıqov deyir ki, bu vaxta kimi kirayənin ödənilməsində problem olmayıb. Təşkilatın avadanlıqlarının yararsız vəziyyətə düşdüyü bildirilir. Vaqif Sadıqov xatırladır ki, bir neçə gün əvvəl Amerika səfirliyinin Gəncəyə gələn əməkdaşı ilə söhbətlərində şəhərin ictimai-siyasi durumunun neqativ olduğunu bildiriblər. Onun fikrincə, ofisin boşaldılmasına məhz bu görüş səbəb olub.


Müsavat üzvləri polisin mənzil sahibinə təsir göstərdiyini iddia edirlər. Mənzil sahibi isə ofisin boşaldılması barədə heç bir izahat verməyib.


Gəncə Polis İdarəsinin rəis müavini İlqar Balakişiyev deyilənləri böhtan adlandırır.


XS
SM
MD
LG