Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:05

Mobil telefonlar arıların kütləvi ölümünə səbəb olur?


Arıların ölümü fermerlər üçün əsl faciədir

Arıların ölümü fermerlər üçün əsl faciədir

Almaniyanın Koblenz-Landau Universitetinin alimləri bu nəticəyə gəliblər ki, ABŞ və Avropada arıların kütləvi ölümünə səbəb mobil rabitə şəbəkələrinin radiosiqnalları ola bilər.


ABŞ-da arıların ölümü ilə bağlı vəziyyət hətta dövlət strukturlarının diqqətini cəlb edib. Ötən ilin yayından başlayaraq 22 ştatda anlaşılmaz vəziyyət təkrarlanır, on minlərlə sağlam arı bir neçə gün ərzində tələf olur. Arıların ölümü fermerlər üçün əsl faciədir, çünki ABŞ-da arılar hər il kənd təsərrüfatı bitkilərini 14 milyard dollar dəyərində tozlayırlar.


Qərb sahilində arı populyasiyasının 60 faizə qədəri həlak olub, Şərq sahilində isə itkilər 70 faiz təşkil edib.


Arıların kütləvi ölümü bir çox Avropa ölkələrində - Almaniya, İsveçrə, İspaniya, Portuqaliya, İtaliya, Yunanıstan və Böyük Britaniyada da baş verir. Arıların ölümünün səbəbi kimi pestisidlərdən zəhərlənmə, günəş radiasiyasının artması, ana arıların nəsilvermə qabiliyyətinin azalması və ya bilinməyən göbələyin adı çəkilirdi.


Alman alimləri uzun müddət ərzində elektrik naqillərinin yaxınında arıların səmtinin pozulmasının tədqiqi ilə məşğul olublar. Yeni tədqiqatda onlar belə nəticəyə gəliblər ki, mobil telefonlar və qəbul-ötürücü qurğuların şüası arıların oriyentasiya sistemini pozur, o, geriyə-pətəyə yolu tapa bilmir və məhv olur. Ola bilsin, məhz son ildə arıların kütləvi ölümünün səbəbi ABŞ və Avropanın iri şəhərlərində mobil şəbəkələrin çoxalmasıdır. Alimlərin qənaətincə, şəbəkələrin sıxlığı və ya siqnalın gücü müəyyən kritik həddi keçdiyindən arıların səmti pozulub.


«Independent» qəzeti yazır ki, ABŞ hökumətinin sifarişi ilə aparılan tədqiqata rəhbərlik edən doktor Corc Karlo alman alimlərinin qənaətini çox inandırıcı adlandırıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG