Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 05:54

ABŞ-da matəmdir


Universitetdə ABŞ prezidenti Corc Buşun iştirakı ilə matəm mərasimi keçirilib

Universitetdə ABŞ prezidenti Corc Buşun iştirakı ilə matəm mərasimi keçirilib

ABŞ-da aprelin 16-da Virciniya ştatının Politexnik universitetində hücum nəticəsində ölənlərə görə, matəm elan olunub. Aprelin 22-dək bütün dövlət idarələrində bayraqlar aşağı salınacaq.


Aprelin 17-də universitetdə ABŞ prezidenti Corc Buşun iştirakı ilə matəm mərasimi keçirilib. O, bütün Amerika xalqı adından ölənlərin yaxınlarına başsağlığı verib.


Hücumu Cənubi Koreyadan olan 23 yaşlı Ço Sen Xu edib. O, 32 adamı öldürüb, sonra isə özünü güllələyib.


Kurs yoldaşları deyirlər ki, Xu qəddar qətllər və zorakılıq səhnələri olan pyeslər yazıb.


Polis və şahidlərin verdiyi məlumatlar bazar ertəsi səhər nə baş verdiyinin təfərrüatlarını aydınlaşdırır.


Yataqxanada ilk atəşlərlə Çonun aşıq olduğu deyilən 19 yaşlı tələbə qız Emili Hilşer, həmçinin bu vaxt onun yanında olan yuxarı kurs tələbəsi Rayan Klark öldürülüb. Sonra Sen Xu qətl yerinə gələn polisdən gizlənərək yataq korpusunda paltarını dəyişib, silahını doldurub, tədris korpuslarından birinə gedib və içəridən çıxış qapılarını möhkəm bağlayıb.


Saat 10-a işləmiş o, alman dilinin keçirildiyi sinifdə atəş açıb. Bundan sonra daha üç sinifdə müntəzəm surətdə atəş açmaqda davam edib, həm tələbələri, həm də müəllimləri nişan alıb. Auditoriyaların birində o, Holokostdan sağ çıxan 76 yaşlı professor Liviu Libreskunu güllələyib. Professor bədəni ilə tələbələri gizlətmək istəyirdi. Tələbələrin bəzisi siniflərdə barrikadalar qurublar, başqaları isə özlərini ölülüyə vurublar.


pedaqoqlar və tələbələrin bəziləri Çonu qapalı, özünə arxayın olmayan oğlan kimi xarakterizə edirlər
Şahidlərin dediyinə görə, hücum edən sakit və soyuqqanlı atəş açıb. Tədris korpusunda 30 nəfəri öldürüb, 20-dən çox şəxsi yaralayan Ço Sen Xu sonra öz başına atəş açıb. Onu yalnız barmaq izləri ilə tanıyıblar.


İstintaq müəyyənləşdirib ki, fevral ayında Ço yerli lombardda 22 kalibrli «Valter» tapançası, martda isə 9 millimetrli «Qlok» tapançası və 50 daraq alıb. Silah alışı satıcılarda şübhə yaratmayıb, onlar ilk olaraq alıcının kriminal keçmişi olub-olmamasını yoxlayıblar. Bununla belə, pedaqoqlar və tələbələrin bəziləri Çonu qapalı, özünə arxayın olmayan oğlan kimi xarakterizə edirlər. İngilis dili müəlliməsi etiraf edir ki, Çonun essesi onda səksəkəli narahatlıq yaradıb və o, tələbənin psixi səhhəti ilə bağlı dəfələrlə öz şübhəsini bildirib.


Ço Sen Xunun ailəsi ABŞ-a onun 8 yaşı olanda köçüb. Vaşinqtonun şəhərətrafı qəsəbəsində yaşayan valideynlərinin qonşuları baş verənlərə inanmaq istəmirlər. Yaşayış kvartalının poçtalyonu Rod Uells deyir: «Onlar bura köçəndən bəri mən onlara poçt daşıyıram və hər dəfə onların sifətlərində xoş, ədəbli təbəssüm görmüşəm. Onlar nadir hallarda evdə olurlar, görünür, çox işləyirlər. İndi isə mən sarsılmışam və baş verənlərə inana bilmirəm. Məgər valideynlər bu cür taleyə layiqdirlər?»


Birləşmiş Ştatların Konstitusiyasına ikinci düzəliş ABŞ vətəndaşlarına sərbəst silah saxlamaq və gəzdirməyə icazə verir.


Milli Özəl Silah Sahibləri Assosiasiyasına hazırda 8 milyonadək amerikalı üzvdür. Statistikaya əsasən, ölkədə əhalinin əlində 240 milyon silah var. Bu isə o deməkdir ki, amerikalılar dünyada ən silahlanmış millətlərdən biridir.


Günün bütün mövzuları

XS
SM
MD
LG