Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:36

2012-ci il Avropa Çempionatı Polşa və Ukraynada keçiriləcək


Ukrayna və Polşanın rəqibləri İtaliya və Xorvatiya-Macarıstan cütlüyü idi

Ukrayna və Polşanın rəqibləri İtaliya və Xorvatiya-Macarıstan cütlüyü idi

2012-ci il Avropa Çempionatı (AÇ) Polşa və Ukraynada keçiriləcək. Bu haqda qərarı aprelin 18-də Uelsin Kardiff şəhərində UEFA prezidenti Mişel Platini elan edib. UEFA-nın icra komitəsi qərar verməmişdən əvvəl ölkələrin namizədliyini nəzərdən keçirib.

Ukrayna və Polşanın rəqibləri İtaliya və Xorvatiya-Macarıstan cütlüyü idi.


Ukrayna və Polşada 2012-ci il final mərhələsi hər ölkədə dörd şəhər olmaqla səkkiz şəhərdə keçiriləcək. Polşada bu, Qdansk, Poznan, Varşava, Vrotslav, Ukraynada isə Dneprepetrovsk, Donetsk, Kiyev və Lvov şəhərləridir.


Böyük futbol ənənələrinə baxmayaraq, nə Polşa, nə də Ukrayna indiyə qədər bu tipli final turnirlərinə ev sahibliyi etməyiblər.


Futbol üzrə Polşa yığması 1974 və 1982-ci illərdə keçirilən Dünya Çempionatlarında üçünücü olub. Ukrayna futbolçuları isə SSRİ tərkibində 1960-cı ildə ilk AÇ-nin qalibi olublar.


Almaniyada keçirilən son Dünya Çempionatında isə müstəqil ölkə kimi Ukrayna dörddəbir final mərhələsinə qədər irəliləyib.


Günün bütün mövzuları

XS
SM
MD
LG