Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:35

Azərbaycan FİFA-nın reytinqində 20 pillə irəliləyib


Finlandiya üzərində qələbə Azərbaycan millisini 103-cü pilləyə yüksəldib

Finlandiya üzərində qələbə Azərbaycan millisini 103-cü pilləyə yüksəldib

Futbol üzrə Azərbaycan yığması FİFA-nın növbəti aylıq reytinq siyahısında 20 pillə irəliləyib. FİFA-nın aprelin 18-də ötən ayın yekunlarına dair yaydığı hesabatda Azərbaycan millisi 103-cü pilləyə yüksəlib. Ötən ay milli komanda 123-cü yerdə idi.


Azərbaycan yığmasının AÇ-2008-dəki rəqiblərindən ən yaxşı göstəriciyə Portuqaliya millisi malikdir – yeddinci yer. Digər rəqiblərdən Polşa 21-ci, Serbiya 32-ci, Finlandiya 45-ci, Belçika 59-cu, Qazaxstan isə 116-cı yerdədir.


Millinin digər rəqibi Ermənistan komandası isə 127-ci yerdə qərarlaşıb.


Siyahıya isə İtaliya millisi başçılıq edir. Onların aktivində 1604 bal var. İkinci yeri Argentina, üçüncü yeri isə beşqat dünya çempionu Braziliya tutur.


Postsovet məkanında ən yaxşı nəticə Ukraya millisinə məxsusdur- 11-ci yer. Rusiya yığması 16-cı pillədə qərarlaşıb.


Türkiyə milliləri isə 17-ci yerdədir.


Reytinq cədvəlində ötən ayla müqayisədə ən yaxşı yüksəliş Lixtenşteyn yığmasına məxsusdur. Bu milli 31 pillə irəliləyərək siyahıda 131-ci pilləyə yüksəlib.


Günün bütün mövzuları

XS
SM
MD
LG