Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 11:55

Masallıya qaz nəqli dayandırıldı


«Azəriqaz» bazar ertəsindən etibarən borclu abunəçilərin qazını kəsməyə başlayıb

«Azəriqaz» bazar ertəsindən etibarən borclu abunəçilərin qazını kəsməyə başlayıb

«Azəriqaz» Qapalı Səhmdar Cəmiyyəti aprelin 18-də səhər saat 9-dan Masallı rayon mərkəzinə və onun iki kəndinə-Kosakül və Ərçivana qaz nəqlini dayandırıb. Daha bir neçə rayona-Naftalana, Goranboya, Dəvəçiyə və Neftçalaya xəbərdarlıq olunub. Bu haqda «Azəriqaz»ın mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı «Azadlıq» radiosuna məlumat verib. Onun sözlərinə görə, həmin rayonlara həftənin sonuna kimi möhlət verilib.


«Azəriqaz» həmçinin qaz pulunu ödəməyən məmur və iri mülk sahiblərinə də aprelin 21-dək vaxt verib. Kamandar Eyvazlı deyir ki, aprelin 18-də borclu məmur və mülk sahiblərinin adlarını açıqlamalı olsalar da, qaz pulu yığımında irəliləyiş olduğundan gözləməyə qərar veriblər.


«Azəriqaz» bazar ertəsindən etibarən borclu abunəçilərin qazını kəsməyə başlayıb. Qurum bunu martda yığımın aşağı olması ilə əlaqələndirir.


Günün bütün mövzuları

XS
SM
MD
LG