Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:03

Nüvə texnologiyasını təkmilləşdirmək üçün İrana daha 4 il lazımdır


Nüvə yanacağı istehsalının texnoloji siklini sona çatdırmaq üçün İrana 4 ilədək vaxt lazımdır.

Bu haqda aprelin 17-də İranın nüvə idarəsinin rəhbəri Qulam Reza Ağazadə məlumat verib. O deyib ki, təkcə Natanz zavodunda 50 min sentrifuqanın yerləşdirilməsi iki ildən dörd ilədək vaxt aparacaq.


Hələliksə Natanzda 3 minədək sentrifuqa işləyir. Ötən həftə İran bəyan edib ki, nüvə yanacağını «sənaye miqyasında» istehsal etmək iqtidarındadır.


XS
SM
MD
LG