Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:14

Yuşşenko yaranmış böhranın zorakı yola həllini istisna edir


Ukrayna prezidenti Viktor Yuşşenko Avropa Birliyinin rəhbərliyi ilə danışıqlar aparıb. Avropa Komissiyasının sədri Joze Manuel Barrozu deyib ki, Avropa Birliyi Ukraynada siyasi böhranın tərəflərindən hər hansı birini dəstəkləmək niyyətində deyil.


Brüsseldə Ukrayna prezidenti Viktor Yuşşenko ilə danışıqlardan sonra Barrozu Ukrayna siyasətçilərini demokratik və hüquqi prinsiplər əsasında kompromisə çağırıb.


Yuşşenko isə deyib ki, Ali Radanı buraxmaq haqda qərarı ilə bağlı yaranmış böhranın zorakı yolla həllini istisna edir.


Ukraynanın Baş naziri Viktor Yanukoviç isə aprelin 17-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının sessiyasında ölkəsində vəziyyətə dair hesabatla çıxış edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG