Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:36

«Sizi nə əsəbiləşdirir?»


İnsanlar əsəbiləşəndə həkimə müraciət etməyə heç də üstünlük vermirlər
İnsanlar əsəbiləşəndə həkimə müraciət etməyə heç də üstünlük vermirlər

«Əsəblərim pozulmuşdu, insanın gərək sabaha ümidi, inamı olsun. Bizdə bu inam yoxdu, elə bu günün qayğılarıyla yaşayırsan, bir yandan dolanışıq dərdi, çörək dərdi, o biri yandan gəlirsən televizoru açırsan ki, bir yaxşı xəbər eşidəsən. Ordan da sənə min yalan deyirlər, bu da bir yandan əsəb yaradır». Şərqşünas Fuad Əsədov son vaxtlar yolda-izdə, ictimai nəqliyyatda tez-tez başqalarının da əsəbi davranışını müşahidə edir. Fuadın fikrincə, indi əsəbi olmayan adama rast gəlmək çətindir.


Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə isə, əsəb xəstəliyi artıq qlobal problemə çevrilib, çünki təkcə Azərbaycanda yox, bir çox ölkələrdə, xüsusilə konfliktlərlə üzləşən dövlətlərin vətəndaşları arasında nevroz bir virus kimi yayılmaqdadır: «Texniki fəlakətlər, qidalanmayla bağlı problemlər, xüsusən də süni yetişdirilən məhsullarla qidalanmalar bir çox xəstəlikləri yaratmaqla yanaşı, əsəb sisteminə də mənfi təsir göstərir». Professorun fikrincə, son vaxtlar insanlar arasında ünsiyyətin azalması, dolanışığın çətinləşməsi adamların ovqatına mənfi təsir göstərir.


Elə «Sizi nə əsəbiləşdirir» sualına şəhər sakinlərindən aldığımız cavablarda da sosial faktor əsas yeri tutur. «İqtisadi durum, işsizlik, ayrı-seçkilik», «Nə əsəbiləşdirmir ki? Qaz pulu, işıq pulu...» İş orasındadır ki, insanlar əsəbləşən vaxt həkimə müraciət etməyə üstünlük vermirlər.


Mütəxəssislərin fikrincə, Azərbaycanda həm də psixoloq yardımına üz tutmaq ənənəsi formalaşmadığından insanlar sosial-mənəvi problemləriylə təkbaşına qalmalı olurlar. Problemlərin öhdəsindən təkbaşına gələ bilməməyin həm çətinliyi, həm də həyəcanları ilk növbədə sinir sistemini zədələyir. Professor Adil Qeybulla hesab edir ki, ölkədə, xüsusilə qaçqın və məcburi köçkünlərin yaşadığı yerlərdə, cəbhə xətti bölgələrində insanların psixi reabilitasiyasına böyük ehtiyac var. Onun fikrincə, yerlərdə insanların sosial-psixi reabilitasiyası üçün mərkəzlərin açılmasından ötrü dövlət proqramı işlənilməli və bu problemin həllinə psixoloqlar və psixoterapevtlər cəlb olunmalıdır. Azərbaycanın Baş nevropatoloqu Ramin Rzayev də hesab edir ki, ölkədə təkcə əsəbdən əziyyət çəkənlər üçün yox, digər ehtiyac duyulan sahələr üzrə də bərpa mərkəzlərinin olmağı problemin həllinə kömək edər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG