Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:26

Mirzə Sakit karserdən çıxarılıb


«Azadlıq» qəzetinin əməkdaşı, satirik şair Mirzə Sakit karserdən çıxarılıb. Bu barədə onun qardaşı «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid məlumat verib. Qənimət Zahidovun sözlərinə görə, ürək ağrılarından əziyyət çəkən Mirzə Sakit müalicə müəssisəsinə köçürülməsini istəyir. Bu imkan yaradılmadığından o, aprelin 16-dan aclıq aksiyasına başlamışdı. Mirzə Sakitin elə həmin gün karserə salındığı bildirildi. Qənimət Zahidov deyir ki, Avropa Şurası Parlament Assambleyyasının sessiyasında Mərzə Sakitlə bağlı məsələlərin gündəliyə gətirilməsi onun karserdən çıxarılması ilə nəticələnib.
Mirzə Sakit 2006-cı ildə narkotik maddələrin daşınmasında ittiham edilərək məhkəmənin hökmü ilə 3 azadlıqdan məhrum edilib. Ancaq, o, həbsinin jurnalistlik fəaliyyəti ilə bağlı olduğunu bildirib.


XS
SM
MD
LG