Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:58

İnsanov Əli Həsənovun cinayət məsuliyyətinə cəlb edilməsini istəyir


İnsanov Həsənovun ona böhtan atdığını bildirir

İnsanov Həsənovun ona böhtan atdığını bildirir

Sabiq Səhiyyə naziri Əli İnsanov Prezident Aparatı İctimai-Siyasi Şöbənin müdiri Əli Həsənovla bağlı Səbail Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldırıb. Bu haqda «Azadlıq» radiosuna İnsanovun vəkili Toğrul Babayev məlumat verib. Vəkilin sözlərinə görə, keçmiş nazirin iddiasında bildirilir ki, Həsənov «Yeni Müsavat» qəzetinin 13 mart 2007-ci il tarixli sayında «Əli İnsanov kimdir ki, prezident onunla bağlı tapşırıq versin» başlıqlı müsahibəsində onun şərəf və ləyaqətini təhqir etməklə böhtan atıb.


İnsanov məhkəmədən Əli Həsənovun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir.


Bundan qabaq isə keçmiş nazir hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədova qarşı da eyni iddiayla məhkəməyə müraciət edib.


Sabiq Səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabr ayında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib. Aprelin 20-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə ona dövlət əmlakını mənimsəmə ittihamı ilə hökm oxunacağı gözlənir.


İnsanov prezident İlham Əliyevi və YAP-ı ittiham edən bir sıra açıqlamalarla çıxış edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG