Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:53

Gəncədə yoluxucu xəstəliklərlə mubarizə üçün «Məsuliyyət sxemi» adlı şəbəkə yaradılıb


Gəncədə yoluxucu xəstəliklərlə mubarizənin gücləndirilməsi üçün Şəhər Səhiyyə İdarəsi «Məsuliyyət sxemi» adlı şəbəkə yaradıb. İdarənin rəhbəri Mehman Rzayevin sözlərinə görə, idarə və müəssisələrdə, ali və orta məktəblərdə, o cümlədən uşaq bağçalarında çalışan həkimlər öz sahəsində müşahidə etdiyi hər hansı neqativ faktla bağlı ərazi həkiminə, sonuncu isə öz növbəsində Gigeyena və Epidemiologiya Mərkəzinə, şəhərin baş infeksionistinə və Səhiyyə İdarəsinə məlumat verəcək. Bu qurumlar aşkara çıxarılmış infeksiya ocağında yoluxucu xəstəliklə mübarizə tədbirlərinə məsuliyyət daşıyacaqlar. M.Rzayevin fikrincə, bu yolla hər hansı yoluxucu xəstəliyin qarşısını dərhal almaq mümkün olacaq.


Ötən ilin sonunda Gəncə məktəblərində el arasında «sarılıq» adıyla tanınan yoluxucu xəstəlik yayılmış və onlarla məktəbli bu infeksiyaya yoluxmuşdu.



XS
SM
MD
LG