Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:42

Ömürlük cəza çəkən məhbusların valideynləri prezidentə müraciət ediblər


Qobustan Qapalı Təcridxanasında ömürlük cəza çəkən və aprelin 16-dan yenidən aclıq aksiyasına başlayan məhbusların valideynləri prezident İlham Əliyevə müraciət ediblər. Bu barədə «Azadlıq» radiosuna ömürlük məhbus Şakir Rzaxanovun anası Müslümət Rzaxanova məlumat verib. Xanım Rzaxanovanın sözlərinə görə, onlar prezidentdən ömrlük cəza alan məhbusların işinə yenidən baxılmasını xahiş ediblər.


Azərbaycanda ölüm hökmü ləğv edildikdən sonra barəsində ölüm hökmü çıxarılmış məhbusların cəzaları ömürlük həbslə əvəzlənib. Bundan narazı qalan məhbuslar isə həmin vaxt qüvvədə olan cinayət qanunvericiliyinə əsasən, cəzalarının 15 illik həbslə əvəz edilməsini tələb edirlər.


XS
SM
MD
LG