Milli Məclisin aprelin 17-də keçirilən iclasında Azərbaycan Hesablama Palatasının sədri Namiq Nəsrullayevin istefası qəbul olunub. Parlamentin spikeri Oqtay Əsədov bildirib ki, Namiq Nəsrullayev səhhətinə görə, vəzifədən getməsini xahiş edib.
Onun yerinə isə Heydər Əsədov seçilib.
Bu vaxta kimi Heydər Əsədov Maliyyə nazirinin müavini və Dövlət xəzinədarlığının rəhbəri vəzifəsində işləyib.