Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:23

Fransa kəşfiyyatı «əl-Qaidə»nin ABŞ-a dair planlarından xəbərdar olub


Fransanın xüsusi xidmətləri 2001-ci il 11 sentyabr hadisələrindən bir neçə ay qabaq bilirdilər ki, «əl-Qaidə» Amerika təyyarəsinin tutulmasını planlaşdırır.

Fransanın «Mond» qəzeti yazır ki, bunu sübuta yetirəcək məxfi sənədlərə malikdir. Sənədlərdən bəlli olur ki, Fransa kəşfiyyatı terrorçuların Əfqanıstanın paytaxtı Kabildə gizli müşavirəsindən xəbərdar olub. Görüşdə Almaniyada Amerika təyyarəsinin tutulması, sonra isə Kandaqara qaçırılması planı müzakirə olunub.


Qəzet iddia edir ki, məlumatlar ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə verilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG