Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:42

İnkişaf etməkdə olan ölkələrin əhalisinin 50 faizi günə 2 dollara yaşayır


Dünyada yoxsulluq həddindən aşağı, yəni günə 1 dollardan az pula yaşayan insanların sayı bu əsrin ilk dörd ili ərzində durmadan azalıb və 2004-cü ildə 968 milyon nəfər təşkil edib. Bu da 1990-cı ilin göstəricisindən 18 faiz azdır. Bu haqda Dünya Bankının hesabatında deyilir.

Sənəd müəlliflərinin fikrincə, yoxsulluğun azalmasının başlıca səbəbləri inkişaf etməkdə olan ölkələrdə Ümumi Daxili Məhsulun sabit artımı, habelə Çin və Şərqi Avropa ölkələrində həyat səviyyəsinin yaxşılaşmasıdır.


Eyni zamanda, sənəddə qeyd olunur ki, inkişaf etməkdə olan ölkələrin əhalisinin yarısının yaşama minimumu hələ də gündə 2 dolları ötmür.


XS
SM
MD
LG