Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:11

Türkiyədə yeni prezident seçkisi başlayır


Türkiyə vətəndaşlarının 71,2 faizi Ərdoğanın prezident seçilməsinin əleyhinədir

Türkiyə vətəndaşlarının 71,2 faizi Ərdoğanın prezident seçilməsinin əleyhinədir

Aprelin 16-da Türkiyədə prezident seçkisinin marafonu başlayır. Hazırkı prezident Əhməd Necdət Sezərin səlahiyyət müddəti bu il mayın 16-da başa çatır.


Ölkə başçısı postuna ən real namizəd kimi təhlilçilər hazırkı Baş nazir Rəcəb Tayyip Ərdoğanın adını çəkirlər. Bir çoxları ehtiyatlanır ki, prezident seçildiyi təqdirdə, Ərdoğan ölkənin təməlinin islamlaşdırılması üçün konkret addımlar ata bilər. Hazırkı prezident Sezər də bundan narahatlıq ifadə edib.


«Sonar» şirkətinin ölkənin 14 böyük əyalətində keçirdiyi son sorğuya əsasən, Türkiyə vətəndaşlarının 71,2 faizi Ərdoğanın prezident seçilməsinin əleyhinədir. Baş naziri respondentlərin yalnız 23,6 faizi dəstəkləyir.


Rəcəb Tayyip Ərdoğanın Türkiyənin yeni prezidenti seçilməsinin qarşısını almaq üçün müxalifət aprelin 14-də Ankarada bu ölkənin tarixində ən böyük mitinq keçirib.


Yeni prezident Türkiyə tarixində 11-ci olacaq.


Türkiyə idarəetmə formasına görə, parlamentli respublika olduğundan ölkə başçısının seçilməsi də Böyük Millət Məclisində (BMM) baş tutur.


İlk iki turda qələbə qazanmaq üçün prezidentliyə namizəd parlament çoxluğunun (üçdə iki) səsini əldə etməlidir. Bu, baş verməsə, seçkinin üçüncü turu keçirilir və belədə sadə səs çoxluğu və ya 276 deputatın səsi kifayət edir.


Türkiyə Böyük Millət Məclisində 550 deputat təmsil olunur.


Hazırda hakim Ədalət və İnkişaf Partiyası BMM-də 354 deputat mandatına malikdir. Bu isə ona müstəqil surətdə parlament çoxluğunu təmin etməyə imkan vermir. Odur ki, Ədalət və İnkişaf Partiyası başqa partiyadan minimum 14 parlamentarinin dəstəyini qazanmalıdır. Amma hələlik digər partiya təmsilçilərinin islamyönlü deputatlar tərəfinə keçməyə hazır olub-olmamaları bəlli deyil.


Türkiyədə prezidentlər əksər hallarda üçüncü turda seçilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG