Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:56

«Diana: şahzadənin son günləri» filminin çəkilişləri başa çatıb


Parisdə «Diana: şahzadənin son günləri» sənədli-bədii filmin çəkilişləri başa çatıb. Film onun ölümünün 10-cu ildönümünə həsr olunub.

Diana 1997-ci il avqustun 31-də Parisin «Alma» körpüsü yaxınlığında avtomobil qəzasında həlak olub.


Filmi Fransanın «TF-1» telekanalı, Amerikanın «Discovery», Britaniyanın «Channel-5», Almaniyanın «Prosieben» və Rusiyanın 1-ci kanalı çəkib.


Filmin büdcəsi 3 milyon avro təşkil edib.


Lentə arxiv çəkilişləri, Dodinin atası Məhəmməd əl-Fayedin, cangüdən Kez Uinqfildin, həmçinin fəlakət yerinə ilk gələn həkimin müsahibələri daxildir.


Filmin rejissoru və prodüseri Riçard Deyldir.


XS
SM
MD
LG