Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:57

Cənubi Qafqazda internet istifadəçilərinin sayına görə Azərbaycan birincidir


Belə bir məlumat internet barədə statistik məlumatları öyrənən www.internetworldstats.com saytında yer alıb. İnternet istifadəçilərinin sayına görə, keçmiş Sovet respublikaları arasında Baltikyanı ölkələr ilk üç yeri bölüşdürürlər.


Estoniyada əhalinin 51,8, Latviyada 45,2, Litvada 35,9 faizi internet istifadəçisidir. Azərbaycanın qonşuları olan Ermənistanda əhalinin 5,5, Gürcüstanda isə 4 faizi internetdən istifadə edir. Ən sonuncu yerdə isə Tacikistandır. Burda əhalinin 0,1 faizi internetdən istifadə etmək imkanındadır.


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi İnformasiya Cəmiyyətinin İnkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov bu məlumatları bir qədər köhnə hesab edir. Onun sözlərinə görə, son rəsmi məlumatlara görə, Azərbaycan əhalisinin 10 faizi internet istifadəçisidir.


XS
SM
MD
LG