Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:29

ABŞ-dan quş əti gətirilməsinə qoyulan qadağa götürülə bilər


Bu həftə ABŞ-dan Azərbaycana quş əti və quş məhsulları gətirilməsinə qoyulan qadağa götürülə bilər. Bu haqda «Azadlıq» radiosuna Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin əməkdaşı Yolçu Xanvəli məlumat verib.


Onun sözlərinə görə, onlar Ümumdünya Heyvan Sağlamlıq Təşkilatının məlumatını, ABŞ-ın başqa ştatlarındakı müayinələrin nəticəsini gözləyirlər. Yolçu Xanvəli deyir ki, bu ölkədə yalnız Virciniya ştatında insan üçün təhlükəli olmayan, yalnız quşların tələfatına səbəb olan H5N2 virusu tapıldığından qadağanın götürülmə ehtimalı çoxdur.


Azərbaycanda ABŞ-dan quş əti gətirilməsinə qoyulan qadağa bir həftədir qüvvədədir. Bundan başqa, ölkəyə Tailand, Böyük Britaniya, Yaponiyadan quş əti gətirilməsinə qadağa qoyulub. Bir müddət öncə isə Rusiya və Türkiyədən quş əti və quş məhsulları gətirilməsinə qoyulan qadağa götürülüb.


Ötən həftənin sonunda Dövlət Baytarlıq Xidməti quş qripi ilə bağlı müayinənin nəticələrini açıqlayıb. Nəticələr Azərbaycanda quş qripi olmadığını göstərib.


Azərbaycanda quş qripi 2006-cı ilin fevralında tapılıb. Bu xəstəlik ölkədə beş nəfərin ölümünə səbəb olub.


XS
SM
MD
LG