Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:14

Mirzə Sakit aclığa başladı


Mirzə Sakitin kəskin ürək ağrılarından və qan azlığından əziyyət çəkdiyi bildirilir
Mirzə Sakitin kəskin ürək ağrılarından və qan azlığından əziyyət çəkdiyi bildirilir

Aprelin 16-da «Azadlıq» qəzetinin əməkdaşı Mirzə Sakit imzasıyla satirik şerlər yazan Sakit Zahidov cəza çəkdiyi həbsxanada aclıq aksiyasına başlayıb.


Onun həyat yoldaşı Rəna Zahidovanın «Azadlıq» radiosuna bildirdiyinə görə, aksiyaya səbəb jurnalistin müalicə olunmasıyla bağlı etdiyi müraciətlərinə müsbət cavab verilməməsi ilə bağlıdır. Rəna xanım Mirzə Sakitin kəskin ürək ağrılarından və qan azlığından əziyyət çəkdiyini bildirir.


Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin şöbə rəisi Rafiq Ramazanov isə məhbusların müalicə olunmasıyla bağlı hər hansı problemin olmadığını deyir.


Sakit Zahidov 2006-cı ilin iyununda həbs edilib. O, narkotik maddələrin alverində ittiham edilib. Sakit Zahidov isə həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir. O, 2006-cı ilin dekabrından 14 saylı təcridxanada cəza çəkir.



AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG