Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:26

Pekin Olimpiya Oyunlarına biletlərin satışına başlanıb


Aprelin 15-dən Çində 2008-ci il Olimpiya Oyunlarına biletlərin satışına başlayıblar.


Satışa 7 milyondan çox bilet çıxarılıb. Biletlərin 75 faizi daxili bazarda yayılacaq, qalanları isə əcnəbilərə təklif olunacaq.


Ayrı-ayrı şəxslərə satılan biletlərin sayına məhdudiyyət qoyulacaq. Belə ki, tamaşaçı olimpiya oyunlarının açılış və bağlanma mərasimlərində iştirak etmək istəyirsə, yalnız bir, ən populyar yarışmalara iki, başqa yarışmalara isə 3-5 bilet ala bilər.


Ən bahalı biletlər Olimpiadanın açılış və bağlanma mərasimlərinə satılacaq – müvafiq olaraq 650 və 390 dollar. Yarışmaların əksəriyyətinə biletlərin qiyməti isə təqribən 20 dollar olacaq.


XS
SM
MD
LG