Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:36

«Çelsi»yə alman məşqçi başçılıq edə bilər


Klub rəhbərliyi Mourinyonun postunda qalıb-qalmayacağı haqda ona heç nə deməyib

Klub rəhbərliyi Mourinyonun postunda qalıb-qalmayacağı haqda ona heç nə deməyib

Alman Yurqen Klinsman «Çelsi»nin baş məşqçisi postuna növbəti namizəd olub.

Britaniyanın «Sun qəzeti yazır ki, Roman Abramoviçə məxsus «Millhouse Capital» investisiya şirkətinin nümayəndəsi xüsusi olaraq Almaniya yığmasının keçmiş məşqçisi ilə görüşmək üçün Los-Ancelesə uçub.


42 yaşlı Klinsman sonuncu futbol üzrə dünya çempionatında başçılıq etdiyi alman yığması ilə əsl səs-küy salıb. Klinsman o vaxt bürünc qazanıb, bu yaxınlarda isə futbol üzrə ABŞ yığmasına məşqçilik etmək təklifindən boyun qaçırıb. O, hazırda ailəsi ilə Los-Ancelesdə yaşayır.


«Sun» qəzetinin fikrincə, Klinsman Abramoviçin gənc və dinamik məşqçi təsəvvürünə olduqca uyğundur.


Yurqen Klinsmanın «Çelsi»yə keçid ehtimalının nə qədər real olması məlum deyil. Amma yaxınlarda Mourinyo etiraf edib ki, klub rəhbərliyi onun növbəti mövsümdə öz postunda qalıb-qalmayacağı haqda ona hələlik heç nə deməyib.


Abramoviç artıq üç aydır ki, Mourinyo ilə danışmır və ona əvəz axtarır.


Günün bütün mövzuları

XS
SM
MD
LG