Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:58

Berezovski Rusiyada dövlət çevrilişinin vacibliyi haqqında fikirlərinə aydınlıq gətirib


Hazırda Britaniyada yaşayan rusiyalı biznesmen deyib ki, «hakimiyyətin güc yoluyla dəyişdirilməsi» deyəndə, əslində, dövlət çevrilişini nəzərdə tutmayıb.

Berezovski «Azadlıq» radiosuna müsahibə verib:


«Məsələn, Ukraynada baş verən hadisələr, Gürcüstanda da olanlar, yəni insanlar küçələrə çıxıb, hakimiyyətə təzyiq edirlər, rejimin dəyişməsinə nail olurlar. Mən «hakimiyyətin devrilməsi» deyəndə, məhz bunu nəzərdə tutmuşam».


Berezovski Rusiyada dövlət çevrilişinə çalışdığı haqda fikirlərini Britaniyanın «Qardian» qəzetinə demişdi. Moskvada isə bunu kəskin etirazla qarşılamışdılar.


Britaniyanın Xarici İşlər naziri Marqaret Bekett isə hakimiyyətin hər hansı ölkədə zorla dəyişdirilməsinin əleyhinə olduqlarını deyib.


XS
SM
MD
LG