Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:13

Deputat Hüseyn Abdullayev xəstəxanaya köçürülüb


Deputat Hüseyn Abdullayev aprelin 13-ü axşam Ədliyyə Nazirliyinin Mərkəzi Müalicə Müəssisəsinə köçürülüb. O, 1 saylı Bayıl təcridxanasında saxlanılırdı.


Bunu «Azadlıq» radiosuna deputatın vəkili Kamandar Nəsibov deyib.


Kamandar Nəsibov deyir ki, Hüseyn Abdullayevin onurğa sütununda çoxdan problemlər var, əməliyyat olunmağa hazırlaşırmış, həbsi buna mane olub.


Hüseyn Abdullayev martın 16-da, hökumətin parlamentə hesabatı zamanı həmkarı Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə əlbəyaxa olub. Martın 19-da isə parlament Hüseyn Abdullayevin toxunulmazlıq hüququnu ləğv edib, o, iki aylıq həbs edilib.


Milli Məclisin Nizam-İntizam Komissiyası Fəzail Ağamalıya aprelin 14-də töhmət verib. Fəzail Ağamalı komissiyanın çıxardığı qərarı normal qarşılayır, ancaq martın 16-da baş verən hadisədə özünü günahkar saymır.


Günün bütün mövzuları

XS
SM
MD
LG