Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:00

Rəsul Quliyev «Açıq Cəmiyyət» Partiyasının lideri seçilib


Qurultay iştirakçıları Akif Şahbazovu partiya sədri seçiblər
Qurultay iştirakçıları Akif Şahbazovu partiya sədri seçiblər
Rəsul Quliyev tərəfdarlarının yaratdığı yeni partiya «Açıq Cəmiyyət» adlanacaq.

Partiyanın yaradılması haqqında Demokrat Partiyasının bir qrup üzvünün aprelin 14-də keçirdiyi qurultayda elan edilib. Qurultayda Rəsul Quliyev ADP adından imtina edib.


Qurultay iştirakçıları Rəsul Quliyevi «Açıq Cəmiyyət» Partiyasının lideri, Akif Şahbazovu isə partiya sədri seçiblər.


Qurultay «Xəzər» şadlıq sarayında başlamalı idi. Amma qabaqcadan əldə edilmiş razılaşmaya baxmayaraq, qurultay iştirakçıları zala buraxılmayıblar. Bundan sonra qurultay iştirakçıları Müsavat Partiyasının ofisinə yollanıblar və tədbir orada keçirilib.


Demokrat Partiyası bir neçə ay qabaq, partiya sədrinin birinci müavin Sərdar Cəlaloğlu hakimiyyətlə «konstruktiv» dialoqa hazır olması haqqında bəyanat verdikdən sonra parçalanmışdı.


Rəsul Quliyev 10 ildən çoxdur ABŞ-da mühacirətdə yaşayır. O, külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG