Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:49

Gürcüstanın Baş naziri «İlin islahatçısı» adını alıb


Gürcüstanın Baş naziri həm də «İslahatçılar Klubunun» ilk üzvlərindən biridir
Gürcüstanın Baş naziri həm də «İslahatçılar Klubunun» ilk üzvlərindən biridir

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Gürcüstanın Baş naziri Zurab Noqaidelini «2006-cı ilin ən yaxşı biznes-islahatçısı» adıyla təltif edib. Məlumatı «Associated Press» agentliyi yayıb.


«Noqaidelinin rəhbərliyi altında Gürcüstanda uğurlu islahatlar həyata keçirilib ki, bu da ölkəyə Dünya Bankının illik reytinqində 112-ci yerdən 37-ci yerə yüksəlməyə imkan verib», –USAID-in press-relizində bildirilir. «2006-cı ildə iqtisadiyyatın özəl sektorunda 85 min yeni iş yeri yaradılıb. Bundan başqa, 2005-2006-cı illər arası biznesə başlamaq üçün minimum kapital tələbi 2000 laridən 200 lariyə (85 dollar) endirilib, qeydiyyatdan keçən şirkətlərin sayı isə 55 faiz artıb».




Gürcüstanın Baş naziri həm də USAID və Dünya Bankının təsis etdiyi yeni «İslahatçılar Klubunun» ilk üzvlərindən biri olub. «İslahatçılar Klubu» təsisçilərin dediyinə görə, «çətin islahatlar aparmaq planları və cəsarəti olan liderlərə» dəstək üçün yaradılıb.


«İslahatçılar Klubu»nun Noqaidelidən başqa üzvləri bunlardır: Meksikanın Maliyyə naziri Aqustin Karstens, Misirin İnvestisiya naziri Mahmud Moxeyldin, Ruandanın keçmiş Maliyyə naziri Donald Kaberuka, Tanzaniyanın Planlaşdırma naziri Çarlz Mutalemva, Qvatemalanın Maliyyə naziri Hyuqo Eduardo Beteta Mendez-Ruiz və Belçikanın İnzibati proseduraları sadələşdirmə üzrə Dövlət Katibi Vionsent van Kuikenborn.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG