Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:49

Britaniya hökuməti Boris Berezovskinin son bəyanatını araşdırır


Britaniyanın Daxili İşlər Nazirliyi Berezovskinin «Qardian»dakı açıqlamalarını araşdırır

Britaniyanın Daxili İşlər Nazirliyi Berezovskinin «Qardian»dakı açıqlamalarını araşdırır

Britaniya hər hansı suveren dövlətdə hakimiyyətin devrilməsi ilə bağlı çağırışları pisləyir. Bunu Britaniyanın Xarici İşlər naziri Marqaret Bekett deyib. O, Londonda yaşayan rusiyalı mühacir Boris Berezovskinin açıqlamalarına münasibət bildirib.

Berezovski «Qardian» qəzetinə verdiyi müsahibədə deyib ki, prezident Putini yıxmaq üçün yeni inqilab hazırlayır.

Bekett öz bəyanatında deyir ki, Britaniyanın Daxili İşlər Nazirliyi indi Berezovskinin «Qardian»dakı açıqlamalarını araşdırır.


Rusiyanın Baş Prokurorluğu Berezovskiyə qarşı yeni cinayət işləri açıb və Britaniya hakimiyyətindən onun verilməsini tələb edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG