Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:22

Prezident Azərbaycanın yəhudi icmasına müraciət edib


Prezident İlham Əliyev aprelin 13-də Azərbaycanın yəhudi icmasına müraciət edib. Müraciətdə deyilir ki, «İkinci Dunya müharibəsi zamanı yəhudi xalqı misli görünməmiş soyqırımı siyasətinə məruz qalmış, milyonlarla mülki əhali, o cümlədən qocalar, qadınlar, uşaqlar xüsusi amansızlıqla və kütləvi şəkildə məhv edilərək faşizmin qurbanı olmuşdur».


Müraciətdə daha sonra bildirilir ki, 1943-cü ilin aprelində Varşava gettosunda saxlanan yəhudi məhbuslar faşizmə, etnik-dini ayrı-seçkiliyə qarşı üsyana qalxmış, qeyri-bərabər ölüm-dirim mübarizəsində öz milli mənliyi, insani ləyaqəti və şərəfi uğrunda canlarını fəda etmişlər: «Tarixdə yəhudi xalqının müsibəti və qəhrəmanlığı günü kimi əbədiləşən bu hadisə hər il mütərəqqi dünya ictimaiyyəti tərəfindən ehtiramla qeyd edilir, soyqırımı qurbanlarının xatirəsi ürək ağrısı ilə yad olunur».


Ölkə başçısı yəhudi xalqının milli hüzn günündə onların kədərinə şərik olduğunu bildirir.


XS
SM
MD
LG