Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:00

Herkel Azərbaycana qarşı sanksiyaları real saymır


Herkelin sözlərinə görə, qurum üzv dövlətlərə qarşı ən son həddə sanksiya tətbiq edir

Herkelin sözlərinə görə, qurum üzv dövlətlərə qarşı ən son həddə sanksiya tətbiq edir

«Əlbəttə, bəzi öhdəliklərin hələ də yerinə yetirilməməsi bizi məyus edir. Amma güman etmirik ki, öhdəliklərin yerinə yetirilməməsi AŞ PA-nın Azərbaycana sanksiya tətbiq etməsilə nəticələnə bilər».


Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel Hüquq Müdafiə Təşkilatları Federasiyasının aprelin 11-də AŞ PA-ya müraciətini şərh edərkən belə deyib. Müraciət müəllifləri AŞ PA üzvlərini qurum qarşısında götürdüyü öhdəliklərin bəzisini yerinə yetirmədiyinə görə, Azərbaycana sanksiyalar tətbiq etməyə çağırırdılar.


Andres Herkelin sözlərinə görə, qurum üzv dövlətlərə qarşı ən son həddə sanksiya tətbiq edir. O, düşünmür ki, Azərbaycanla bağlı məsələ bu qədər dramatikləşib: «Hər halda, tərəflər arasında dialoq və əməkdaşlıq davam edir. Amma kimsə düşünürsə ki, Azərbaycan AŞ PA qarşısında öhdəlikləri tam yerinə yetirib, bu da gülüncdür. Adekvat tənqidin olmaması mənim vəziyyətimi də bir qədər ağırlaşdırır. Mən Azərbaycana qarşı çox kəskin tənqidi münasibətin mövcud olduğunu sübut etməyə çalışıram».


Aprelin 16-da AŞ PA-nın yaz sessiyasında Azərbaycanın bu qurum qarşısında götürdüyü öhdəliklər müzakirə edilməlidir.


Günün bütün mövzuları

XS
SM
MD
LG