Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:45

Prezident inhisarçılığın qiymət artımına təsir etdiyini deyir


Prezident 2007-ci ilin birinci rübünün sosial-iqtisadi nəticələrinə dair hökumətin iclasını keçirib

Prezident 2007-ci ilin birinci rübünün sosial-iqtisadi nəticələrinə dair hökumətin iclasını keçirib

Aprelin 13-də prezident İlham Əliyev 2007-ci ilin birinci rübünün sosial-iqtisadi nəticələrinə dair hökumətin iclasını keçirib. Cənab Əliyev ölkə iqtisadiyyatının dinamik inkişafını, əhalinin sosial müdafiəsinə dair tədbirlərin gücləndirildiyini qeyd edib. Onun sözlərinə görə, 55 min ailə ünvanlı sosial yardım alır, əhalinin pul gəlirləri 53%-ə qalxıb. Ölkənin valyuta ehtiyatları 4 milyard 100 mln. dollara çatıb.


«Turan» xəbər verir ki, hesabat dövrünün əlamətdar hadisələri sırasında Əliyev Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisini, «Şahdəniz» yatağından qazın ixracının başlanmasını, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi haqqında müqavilənin imzalanmasını göstərib.


Qarabağ münaqişəsinə toxunan prezident Azərbaycanın mövqeyinin dəyişməz olduğunu təsdiqləyib. «Münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər və Dağlıq Qarabağ heç vaxt müstəqillik əldə etməyəcək»,-deyə o qeyd edib.


Müşavirəyə yekun vuran dövlət başçısı inflyasiyanın 16%-ə çatmasını narahatedici faktor adlandırıb. Prezident subyektiv faktorların, o cümlədən qiymət artımına təsir edən inhisarların mövcud olduğunu etiraf edib. «Bu neqativ məqamların aradan qaldırılması üçün sahibkarlığa qayğı ilə yanaşı, inzibati müdaxilə də gərəkdir»,-deyə cənab Əliyev vurğulayıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG