Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:17

«Müharibə Azərbaycanın yaratmağa çalışdığı hər şeyi dağıdacaq»


«ABŞ nizamlanmaya nail olmaq üçün Fransa və Rusiya ilə çox aktiv şəkildə işləyir»

«ABŞ nizamlanmaya nail olmaq üçün Fransa və Rusiya ilə çox aktiv şəkildə işləyir»

«Qarabağ münaqişəsinin dinc nizamlanmasına nail olmaq olduqca vacibdir. Müharibə Azərbaycanın yaratmağa çalışdığı hər şeyi tamamilə dağıdacaq». Bu barədə MDB-dən olan bir qrup jurnalistlə Vaşinqtonda keçirdiyi görüşdə ABŞ Dövlət katibinin köməkçisi Daniel Frid bildirib.
«Turan»ın məlumatına görə, Qarabağ münaqişəsinə dair fikirlərini davam etdirən Frid bildirib ki, ABŞ nizamlanmaya nail olmaq üçün Fransa və Rusiya ilə «çox aktiv» şəkildə işləyir. «Biz müəyyən uğura nail olmuşuq və cari ildə onu davam etdirməyə ümid edirik», - deyə o, əlavə edib.
Demokratiya sahəsindəki vəziyyətə toxunan Daniel Frid qeyd edib ki, Azərbaycan bu sahədə müəyyən irəliləyişə nail olub, lakin «bundan daha çox iş görmək lazımdır».
«Güclü ölkə güclü azad mətbuata və güclü müxalifətə, həmçinin güclü mərkəzi institutlara malik olmalıdır. Azərbaycan və Ermənistan bunun üçün bütün imkanlara malikdirlər, hərçənd onların iqtisadi imkanları tamamilə fərqlidir», - deyə Frid vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG