Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:49

Hüquq müdafiəçisi Kondaliza Raysın mükafatını alıb


ABŞ səfiri Enn Ders Novella Cəfəroğluna mükafatı təqdim edir. 13 aprel 2007

ABŞ səfiri Enn Ders Novella Cəfəroğluna mükafatı təqdim edir. 13 aprel 2007

Aprelin 13-də Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu qadın hüquqlarının müdafiəsindəki xidmətlərinə görə, ABŞ Dövlət katibi Kondaliza Raysın təsis etdiyi «Beynəlxalq Qadın Şücaəti» mükafatına layiq görülüb.



Mükafatı ona Amerikanın Azərbaycandakı səfiri Enn Ders Cəmiyyətin qərargahında təqdim edib. Novella Cəfəroğlu deyir ki, onlar əvvəlcədən bu məsələdən xəbərsiz olublar. Səfir hüquq müdafiəçisinin vətəndaş cəmiyyətinin formalaşdırılmasındakı rolunu, habelə siyasi məhbusların hüquqlarının müdafiəsi və seçkilərin müşahidəsi sahəsindəki xidmətlərini yüksək qiymətləndirib. Novella Cəfəroğlu Azərbaycanda belə bir mükafata layiq görülən ilk qadındır.

Günün bütün mövzuları

XS
SM
MD
LG