Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:42

«Əli Kərimliyə pasport verilməməsi yaxşı hal deyil»


Kərimliyə ümumvətəndaşlıq pasportu verilməməsi 1994-cü ildə ona cinayət işinin açılması ilə əlaqələndirilir

Kərimliyə ümumvətəndaşlıq pasportu verilməməsi 1994-cü ildə ona cinayət işinin açılması ilə əlaqələndirilir

«Müxalifət liderlərindən biri Əli Kərimlinin xaricə səfər edə bilməməsi yaxşı hal deyil və bu, ciddi məsələdir».


Avropa Şurası baş katibinin Azərbaycandakı nümayəndəsi Denis Bribossia Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ümumvətəndaşlıq pasportu ala bilməməsini şərh edərkən belə deyib. Cənab Bribossia ümid edir ki, bu məsələ tez bir zamanda araşdırılacaq və problem həllini tapacaq.


Rəsmi qurumlar AXCP sədri Əli Kərimliyə ümumvətəndaşlıq pasportu verilməməsini 1994-cü ildə onun haqqında cinayət işinin açılması ilə əlaqələndirirlər. Həmin vaxt Əli Kərimli üzərində qumbara tapılması iddiası ilə 10 gün inzibati qaydada həbs edilmişdi. AXCP sədrisə baş verənləri hakimiyyətin ona qarşı növbəti təzyiqi kimi qiymətləndirir. O, bu günlərdə pasport almaq üçün yenidən Baş prokurora və Daxili İşlər nazirinə, eyni zamanda, bu məsələnin araşdırılması üçün məhkəməyə müraciət edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG