Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:01

Rusiya Ali Məhkəməsi Qorbaçovun partiyasını ləğv etdi


Rusiya məhkəməsi Qorbaçovun partiyasını üzvlərinin sayının az olduğuna görə ləğv edib

Rusiya məhkəməsi Qorbaçovun partiyasını üzvlərinin sayının az olduğuna görə ləğv edib

Rusiya Federasiyası Ali Məhkəməsi aprelin 13-də verdiyi qərarla Rusiya Sosial-Demokrat Partiyasını (RSDP) ləğv edib. «RİA Novosti» xəbər verir ki, beləliklə, məhkəmə Federal Qeydiyyat Xidmətinin iddiasını təmin edib.


RSDP 2002-ci ildə SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçov və Samara qubernatoru Konstantin Titov tərəfindən yaradıb. İki ildən sonra Qorbaçov partiyanın lideri postundan gedib və onu hazırda Vladimir Kişenin əvəz edir.


Qeydiyyat idarəsinin iddiası təsdiqləyir ki, sosial-demokratların fəaliyyəti «Siyasi partiyalar haqqında» qanunun tələblərini pozub. Belə ki, partiya Rusiyanın bütün subyektlərini əhatə etməyib və 500-dən çox üzvü yoxdur. Buna görə də, RSDP 2007-ci ilin yanvarın 1-dən ya özünü buraxmalı, ya da ictimai təşkilat kimi yenidən formalaşdırılmalı idi.


Partiya təmsilçiləri bildirirlər ki, təşkilatın Rusiyanın 47 regionda yerli qurumları fəaliyyət göstərib.


Bundan əvvəl isə Rusiya Ali Məhkəməsi eyni səbəblərə görə, daha üç partiyanı ləğv edib.



Günün bütün mövzuları

XS
SM
MD
LG