Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:28

Sumqayıt şəhərində Ticarət Mərkəzi yanıb


Aprelin 13-ü saat 00:38 radələrində, Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən «Qalatasaray» Ticarət Mərkəzində yanğın baş verib. Yanğın nəticəsində mərkəzin ikinci mərtəbəsinin yanar konstruksiyaları və içərisindəki sənaye malları 400 kv.m sahədə yanıb. Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə Əlaqə İdarəsinin Mətbuat Xidməti Şöbəsinin məlumatına görə, yanğın saat 01:25-də söndürülüb. Yanğından binanın qalan hissəsi və qonşu tikililər mühafizə olunub.


Yanğının söndürülməsi zamanı iki yanğınsöndürən, Əsədov Habil Qabil oğlu və Nurmətov Dair Şair oğlu yüngül xəsarət alıblar.


Hazırda dəyən ziyan müəyyənləşdirilir.


XS
SM
MD
LG