Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:37

İnsanov məktubla bağlı məsələyə aprelin 24-də aydınlıq gətirəcək


Keçmiş nazirə aprelin 20-də hökm oxunacağı gözlənir

Keçmiş nazirə aprelin 20-də hökm oxunacağı gözlənir

Sabiq Səhiyyə naziri Əli İnsanov «525-ci qəzet»də dərc edilən məktubla bağlı indi hər hansı açıqlama vermək istəmir. «Azadlıq» radiosuna bunu onun vəkili Toğrul Babayev deyib. Vəkilin sözlərinə görə, İnsanov məsələyə aprelin 24-də Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədova qarşı Səbail Rayon Məhkəməsində qaldırdığı təhqir və böhtanla bağlı məhkəmə prosesində aydınlıq gətirəcək.


«525-ci qəzet»in aprelin 12-də çıxan sayında Əli İnsanovun həbs olunandan 11 gün sonra prezident İlham Əliyevə onu bağışlamaq barədə yazdığı ehtimal edilən məktub dərc edilib. Həmin məktubda sabiq nazirin tutduğu əməldən peşmançılıq hissi keçirdiyi və prezident İlham Əliyevdən onu bu səhvinə görə, əfv etməsini xahiş etdiyi iddia edilir.


Sabiq Səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamıyla həbs edilib. Sonradan bu ittiham ayrıca icraatda birləşdirilib və ona dövlət əmlakını talama və mənimsəmə ittihamı irəli sürülüb. Bu ittiham üzrə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə aparılan prosesdə İnsanov hakim Yeni Azərbaycan Partiyası və prezident İlham Əliyevin ünvanına bir sıra ittihamlar səsləndirib. Bu iş üzrə keçmiş nazirə aprelin 20-də hökm oxunacağı gözlənir.


Günün bütün mövzuları

XS
SM
MD
LG