Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:23

Səbaildə bir sot torpağın qiyməti 300 min dollardır


Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Nüsrət İbrahimov

Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Nüsrət İbrahimov

Bakının mərkəzindən fərqli olaraq indi ətraf rayonlarda torpaq getdikcə bahalaşmaqdadır. Bunu «Azadlıq» radiosuna Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, 4-cü zona hesab edilən ərazilərdə torpağın bir sotu 3000-3400 dollar arasında dəyişdiyindən əhalinin əksər hissəsi bu zonadan torpaq almağa meyllidir. Tələbat çox olduğundan bahalıq da bu ərazilərdə davam etməkdədir. Nüsrət İbrahimov deyir ki, mart-aprel ayı tikinti mövsümü olduğundan torpaq bazarında hər ay 3-5 faiz artım gözlənilir. Bu bahalaşma mayın sonuna qədər davam edəcək.


Nüsrət İbrahimov deyir ki, Bakının mərkəzində, 1-ci zona hesab edilən ərazidə son bir neçə ayda torpağa tələbat azalıb.


Hazırda paytaxtın Əzizbəyov rayonunda 1 sot torpaq 14 min dollara təklif edilir. Binəqədi və Qaradağ rayonları ərazisində isə bir sot torpağın qiyməti 500-700 dollaradır. Bakıda ən baha torpaq Nəsimi rayonunun dənizə yaxın əraziləri və Səbail rayonunun «Bakı Soveti» metrosunun ətrafı və bir də Neftçilər prospektindən Mərkəzi Univermağa qədər olan ərazilərdədir. Burda bir sot torpağın qiyməti 300 min dollara yaxındır.


Günün bütün mövzuları

XS
SM
MD
LG