Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:14

Geologiya İnstitutu «RAD-7», «İnspektor-1000» və «NDİR-602» cihazları alıb


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu «RAD-7» (radiometr), «İnspektor-1000» (qammaspektrometr) və «NDİR-602» (qazanalizator) cihazları alıb. ABŞ istehsalı olan bu elmi-texniki vəsaitlər yerdən çıxan qazlarda, ətraf mühitdə və suda radonun və digər radioaktiv elementlərin paylanmasını, miqdarını müəyyən edə bilir. Həmçinin karbon, metan və oksigen qazlarının qatılığını ölçür, geokimyəvi prosesləri izləyir.


Geologiya İnstitutunun Mətbuat Xidmətinin məlumatına görə, aparatların unikal xüsusiyyətlərindən biri də odur ki, tikintilərin aparıldığı ərazilərdə onların vasitəsi ilə radioaktivliyin və tektonik proseslərin təhlükəliyini qiymətləndirmək mümkündür. Həmçinin, cihazlar inzibati və yaşayış binalarında, sənaye müəssisələrində radonun monitorinqini aparmaq, ümumiyyətlə, ətraf mühitdə, cisimdə radioaktiv elementlərin miqdarını ölçmək üçün əhəmiyyətlidir.


Günün bütün mövzuları

XS
SM
MD
LG