Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:00

Hadi Musəvinnin bu səhər Azərbaycandan deportasiya olunması məlumatı rəsmən təsdiqləndi


Hadi Musəvinnin aprelin 12-si səhər Azərbaycandan deportasiya olunması məlumatı rəsmən təsdiqləndi. Bu barədə «Azadlıq» radiosuna Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətinin rəisi Şövqü Hadıyev məlumat verib. Onun sözlərinə görə, Hadi Musəvi bir ildən çox müddətdə Azərbaycanda qeydiyyatsız yaşayıb. Bu baxımdan da İnzibati Xətalar Məcəlləsinin 330-cu maddəsi əsas götürülərək o, ölkədən çıxarılıb.


Hadi Musəvinin hüquqlarını müdafiə edən Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev isə hesab edir ki, Azərbaycan belə bir addım atmaqla insan hüquqları ilə bağlı üzərinə götürdüyü bir sıra beynəlxalq öhdəlikləri pozub. Cənab Əliyevə görə, əgər hər hansı bir əcnəbi öz ölkəsində təqib olunmasıyla və bununla bağlı gəldiyi ölkəyə məlumat verirsə onun öz ölkəsinə verilməsi yolverilməzdir.


Hadi Musəvi aprelin 7-də saxlanılıb. O, 2004-cü ildə Bakıya gələrək, qaçqın statusu almaq istəyib. Amma, Qaçqınlar və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi ona belə bir status verilməməsi barədə qərar çıxarıb.


XS
SM
MD
LG