Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 02:04

Yerevanda «Çiçəklənən Ermənistan» partiyasının iki ofisi partladılıb


İlkin məlumatlara əsasən, insident nəticəsində xəsarət alan yoxdur
İlkin məlumatlara əsasən, insident nəticəsində xəsarət alan yoxdur

Aprelin 12-nə keçən gecə Yerevanda «Çiçəklənən Ermənistan» siyasi partiyasının iki ofisi partladılıb. «RİA Novosti» agentliyinin məlumatına görə, hər iki ofis yaşayış binalarının birinci mərtəbəsində yerləşir. İlkin məlumatlara əsasən, insident nəticəsində xəsarət alan yoxdur.


Hadisənin başqa təfərrüatları barədə məlumat verilmir. Partiyanın mətbuat katibi Baqdasar Mqeryan deyir ki, mənzillər tamamilə dağılıb. Yaxın vaxtlarda partiya xüsusi bəyanat verməyə hazırlaşır.


Artıq prezident Robert Koçaryan insidenti pisləyib, onu seçkilər ərəfəsində ölkədə sabitliyi pozmaq cəhdi kimi qiymətləndirib. Prezidentin mətbuat katibi Viktor Soqomonyan deyib ki, ölkə başçısı hüquq-mühafizə orqanlarına cinayətin tezliklə açılması üçün bütün lazımi tədbirlər görməyi tapşırıb.


Mayın 12-də Ermənistanda parlament seçkiləri keçiriləcək. Ekspertlərin fikrincə, «Çiçəklənən Ermənistan» qələbəyə əsas şanslı qurumlardan biri sayılır. Partiya üç il əvvəl deputat, Ermənistan Milli Olimpiya Komitəsinin rəhbəri və «Multy Group» konsernini prezidenti Qaqik Tsarukyan tərəfindən yaradılıb. «Forbes»in erməni nəşrinin versiyasına görə, Tsarukyan Ermənistanın ən varlı adamlar arasında reytinqində birinci yeri tutur.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG