Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:18

Müsavat Əli İnsanovun açıqlamaları ilə bağlı aksiya keçirməyi planlaşdırır


Müsavat Əli İnsanovun açıqlamaları ilə ictimai komissiyanın yaradılmasını zəruri sayır

Müsavat Əli İnsanovun açıqlamaları ilə ictimai komissiyanın yaradılmasını zəruri sayır

Müsavat partiyası sabiq Səhiyyə naziri Əli İnsanovun açıqlamaları ilə bağlı kütləvi aksiyalara başlamaq niyyətindədir. Bunu aprelin 12-də mətbuat konfransı keçirən Müsavat başqanı İsa Qəmbər deyib. O, bildirir ki, keçmiş Səhiyyə Naziri Əli İnsanovun prezident İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlməsi ilə bağlı açıqlamalarına cəmiyyət çox böyük diqqət verməlidir.


Onun sözlərinə görə, bu məsələnin aydınlaşdırılması üçün tək Müsavat yox, bütün müxalifət partiyaları kütləvi aksiyalarla bağlı vahid mövqeyə gəlməlidirlər. Partiya rəhbəri Əli İnsanovun açıqlamaları ilə bağlı ictimai komissiyanın yaradılmasını da zəruri sayıb. Onun sözlərinə görə, parlamentdə çoxluq hakimiyyətin tərəfində olduğundan deputat istintaq komissiyanın yaradılacağı real deyil.


İsa Qəmbər Respublika Baş Prokurorluğuna da müraciət edərək, bu məsələnin aydınlaşdırılması üçün cinayət işinin açılmasına ehtiyac olduğunu bildirib.


Əli İnsanov məhkəmədə son sözündə bildirib ki, keçmiş prezident Heydər Əliyev 2003-cü ilin avqustunda koma vəziyyətində olduğundan İlham Əliyevin baş nazir təyin edilməsi haqqında sərəncam verə bilməzdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG