Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:29

ABŞ-dan quş əti gətirilməsinə qadağa qoyula bilər


Yaponiyadan, Britaniyadan, Tailanddan quş əti gətirilməsinə qadağa qoyulub

Yaponiyadan, Britaniyadan, Tailanddan quş əti gətirilməsinə qadağa qoyulub

Azərbaycana ABŞ-dan quş əti gətirilməsinə qadağa qoyula bilər. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəhbəri İsmayıl Həsənov «Azadlıq» radiosuna bildirib ki, buna səbəb Birləşmiş Ştatlardan quşlarda yüksək patogenli olmasa da, «quş qripi»nin növlərindən birinin - H5N2 virusunun tapılması haqda məlumatların gəlməsidir. Hələlik araşdırmalar aparılır.


İndiyədək Azərbaycana Yaponiyadan, Böyük Britaniyadan, Tailanddan quş əti gətirilməsinə qadağa qoyulub. Bir müddət öncə isə Rusiya və Türkiyədən quş əti və quş məhsulları gətirilməsinə qoyulan qadağa götürülüb.


İsmayıl Həsənov həftənin sonunda Azərbaycanın özündə «quş qripi» ilə bağlı götürülmüş nümunələrin müayinəsinin başa çatacağını bildirir.


Azərbaycanda «quş qripi» 2006-cı ilin fevralında tapılıb. Bu xəstəlik ölkədə beş nəfərin ölümünə səbəb olub.


Günün bütün mövzuları

XS
SM
MD
LG