Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:52

Hadi Musəvi aprelin 12-də Tehran reysi ilə ölkədən deportasiya oluna bilər


Güney Azərbaycan Milli Oyanış Hərəkatı kimi tanınan qurumun (GAMOH) üzvlərindən biri Hadi Musəvi aprelin 12-də gecə saat 4-də Tehran reysi ilə ölkədən deportasiya oluna bilər. Bu haqda «Azadlıq» radiosuna onun nümayəndəsi Əlövsət Əliyev məlumat verib.


Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bu məlumatı nə təsdiq, nə də təkzib edib.


Əlövsət Əliyevin sözlərinə görə, aprelin 11-də hüquqlarını müdafiə etdiyi şəxslə görüşünə və məhkəmənin qərarından apelyasiya şikayəti verməsi ilə bağlı sənədi imzalamasına imkan yaradılmayıb. «Hadi Musəvinin konstitusion hüququnun icrasına şərait yaradılmadı. O, məhkəmə hüququndan sonadək istifadə edə bilmədi».


Hadi Musəvi aprelin 7-də saxlanılıb. O, 2004-cü ildə Bakıya gələrək, qaçqın statusu almaq üçün Qaçqınlar və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinə müraciət edib. Komitə isə Hadi Musəviyə bu statusun verilməməsi barədə qərar çıxarıb. O, isə komitənin qərarından məhkəməyə şikayət edib. Martın 27-də Yasamal Rayon Məhkəməsi qurumun qərarını qüvvədə saxlayıb.


Hadi Musəvi İran Azərbaycanın Kəleybər şəhərində yaşayıb və İran hökuməti tərəfindən millətçilik ittihamıyla təqib olunduğuna görə Bakıya gəlib.


XS
SM
MD
LG