Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:51

Pəhriz səhhət üçün zərərlidir?


Çəkinin sabit azaldılmasına yalnız kiçik azlıq nail ola bilir
Çəkinin sabit azaldılmasına yalnız kiçik azlıq nail ola bilir
Kaliforniya Universitetinin əməkdaşları belə bir nəticəyə gəliblər ki, pəhriz nəinki artıq çəkidən xilas olmağa kömək etmir, həm də səhhətə əlavə ziyan vurur. Axı bədən çəkisində tez-tez əhəmiyyətli dəyişmələr ürək-damar xəstəlikləri, insultun yaranması riskini artırır, həmçinin immuniteti azaldaraq orqanizmi təhlükəli virus infeksiyaları üçün daha zəif edir.

Amerika alimləri eksperiment üçün bir neçə min iştirakçı seçiblər və bir neçə il onların səhhətini izləyiblər.


Tədqiqatın nəticələri «American Psychologist» jurnalının aprel sayında dərc olunub.


Məlum olub ki, təcrübədən keçirilənlərin üçdə ikisi pəhrizin köməyi ilə arıqlaya bilməyiblər. Özü də onların təqribən yarısının çəkisi daha da artıb.


Tədqiqatın aparıcı müəllifi doktor Treysi Mann deyir ki, pəhrizlərin bütün formaları təqribən eyni cür işləyir: «Başlanğıcda istənilən pəhrizdə ola-ola siz həqiqətən də, çəkinin 5-10 faizini itirə bilərsiniz. Amma sonradan çəki yenidən qayıdır. Çəkinin sabit azaldılmasına yalnız kiçik azlıq nail ola bilir, əksəriyyət isə çəkidə artırır».


Amerikalı alimlər belə nəticə çıxarıblar ki, «yaxşı olardı ki, iştirakçıların əksəriyyəti ümumiyyətlə, pəhrizlərlə eksperimentlərə başlamayaydılar – onların çəkisi eyni qalardı, orqanizm isə daim çəkinin itməsi və artmasından əldən düşməzdi».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG