Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:27

Ömürlük məhbusların cəzalarının 15 illə əvəzlənməsi tələbi qaldırılıb


1998-ci ildə Azərbaycanda ölüm hökmü ləğv olunub

1998-ci ildə Azərbaycanda ölüm hökmü ləğv olunub

Aprelin 11-də bir qrup hüquq müdafiəçisi siyasi məhbuslarla bağlı İşçi Qrupun toplantısında 2000-ci ilədək ömürlük həbs cəzasına məhkum olunmuş məhbusların cəzalarının 15 illə əvəzlənməsi tələbini qaldırıblar. Bu haqda «Azadlıq» radiosuna qrupun üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə məlumat verib. Onun sözlərinə görə, İşçi Qrupda təmsil olunan hökumət nümayəndələri bu məsələnin araşdırılacağını istisna etməyiblər.

1998-ci ildə Azərbaycanda ölüm hökmü ləğv olunub. Bundan sonra ölüm hökmünə məhkum olunmuş məhbuslara ən ağır cəzanın şamil olunması nəzərdə tutulurdu. Həmin dövrdə qanunvericilikdə ömürlük həbs cəzası olmadığından 15 il azadlıqdan məhrumetmə ən ağır cəza sayılırdı. Bu günlərdə ömürlük azadlıqdan məhrum edilmiş bir qrup məhbus cəzalarının 15 illə əvəzlənməsi tələbi ilə aclıq aksiyası keçirmişdi.


İşçi Qrup həmçinin Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun təqdim etdiyi 53 və Avropa Şurasının 45 nəfərlik siyahıları ətrafında da müzakirə aparıblar. Çingiz Qənizadə deyir ki, qrup xəstə olan məhbusların və haqqında cinayət işi qaldırılmış, özlərisə mühacirətdə olanların da məsələsini gündəmə gətiriblər.


Sonuncu əfv fərmanı bu ilin martında imzalanıb. Hüquq müdafiəçiləri onların təqdim etdiyi siyahı üzrə 14 nəfərin azadlığa buraxıldığını deyir.


İşçi Qrup hüquq müdafiəçiləri və hökumət arasında siyasi məhbus məsələsinə aydınlıq gətirmək üçün yaradılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG