Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:32

Rusiya və ABŞ nümayəndələri Abxaziya üstündə dalaşıblar


Çurkin amerikalıların qərarını «ciddi diplomatik və siyasi səhv» adlandırıb

Çurkin amerikalıların qərarını «ciddi diplomatik və siyasi səhv» adlandırıb

BMT Təhlükəsizlik Şurasının tanınmamış Abxaziya Respublikasında sülhməramlı missiyanın mandatının uzadılmasına həsr olunan iclası qalmaqalla başa çatıb – ABŞ və Rusiyanın nümayəndələri dalaşıblar. Məlumatı «Reuters» Agentliyi yayıb.


Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin iclası tərk edib. O, ABŞ-ı müzakirələrdə iştirak etməyən Abxaziyanın Xarici İşlər naziri Sergey Şambaya viza verməməkdə təqsirləndirib. Çurkin amerikalıların qərarını «ciddi diplomatik və siyasi səhv» adlandırıb. Diplomatın fikrincə, Təhlükəsizlik Şurası abxaz münaqişəsinin iki tərəfini dinləməli idi.


«Siz təsəvvür edə bilərsiniz ki, Kosovoda vəziyyətə dair bütün bu illər ərzində beynəlxalq ictimaiyyət yalnız serbləri dinləsin», – deyə Çurkin soruşub. O, həmçinin qeyd edib ki, Gürcüstan Təhlükəsizlik Şurasının Abxaziyaya dair qətnaməsinin bəzi vacib müddəalarını yerinə yetirmir.


Təhlükəsizlik Şurasında Amerika səfiri öz növbəsində, Çurkini kinayədə ittiham edib və «Abxaziya ilə Kosovo arasında yanlış analogiyalar aparmamağa» çağırıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG