Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:18

Bişkekdə müddətsiz mitinq keçirilir


Qırğızıstan müxalifətinin bir neçə tərəfdarı Bişkekdə prezident Kurmanbek Bakiyevin istefası tələbi ilə müddətsiz mitinqə toplaşıb.


İnsanlar Mərkəzi meydana gəlməkdə davam edirlər. Burada mitinqçilər çadırlar qururlar, milis ərazini mühasirəyə alıb.


Aksiyanı «Qırğızıstanın Layiqli Gələcəyi Uğrunda» Birləşmiş Cəbhə və «İslahatlar Uğrunda» Hərəkat təşkil edib.


Bundan bir gün qabaq prezident müxalifəti danışıqlar aparmaq istəməməkdə və istənilən yolla hakimiyyəti tutmaqda təqsirləndirib.


Günün bütün mövzuları

XS
SM
MD
LG